Biçdim əvəzində dəvə qanqalı
Görünüş
Biçdim əvəzində dəvə qanqalı Müəllif: Ağ Aşıq Allahverdi |
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23. |
Leyli-nahar yeddi ağac getdim yol,
Xırman boyda yer şumladım, qırdım qol.
Darı, arpasını əkdim bolhabol,
Biçdim əvəzində dəvə qanqalı.
Sürünməkdən dizlərimdə yox taqat,
Əllərimin içi oldu qabar-qat.
Dərviş də istəyir hey xümsü-zəkat,
Yetdi harayıma şəyirdim Alı.
Əlqərəz ruzimiz oldu üç batman,
Çatınca novbatım sındı dəyirman,
Yerdə qalanımı apardı siçan,
Güldü Ağ Aşığa Göyçə mahalı.