Bişək bilin bu dünya varca eldən ötəri
Görünüş
Bişək bilin bu dünya varca eldən ötəri (XII əsr) Müəllif: Əhməd Yəsəvi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Bişək bilin bu dünya varca eldən ötəri,
İnanmagil malına bir gün qoldan gedəri.
Ata, ana, qanndaş, kaya' getdi fıkir qıl,
Dörd ayaqlı çubin at bir gün sənə yetəri.
Dünya üçün qəm yemə, haqdan özgəni demə,
Kişi malım yemə, Sirat üzrə tutan.
Əhli-əyal, qanndaş, heç kim olmadı yoldaş,
Mərdanə ol qərib baş ömriin yel tək ötəri.
Qul Xacə Əhməd taət qıl, ömrün bilməm neçə il,
Əslin bilsən - abü-gil yenə gilə gedəri.