Məzmuna keç

Bibiheybət məqbərəsinin mütəvilliliyi haqqında I Şah Təhmasibin fərmanı

Vikimənbə saytından
Bibiheybət məqbərəsinin mütəvilliliyi haqqında I Şah Təhmasibin fərmanı (1555)
Müəllif: I Şah Təhmasib
Mənbə: Azərbaycan tarixi üzrə qaynaqlar. Süleyman Əliyarlı. Bakı, 2007. səh 189.


1555-ci ilin dekabr ayında verilmişdir.
SSRİ EA Leninqrad arxivi, B.A.Dornun fondu,
N2 776, siyahı 1, N2 631.
Musəvi TM. Bakı tarixinə dair orta əsr sənədləri, s. 64.

Hakimiyyət Allaha məxsusdur

I Şah Təhmasibin möhürünün izi...

Mübarək fərman verildi o haqda ki, Şirvan Badkuyəsindəki Bibiheybətin mübarək məzarının mütəvəlliliyi qədim zamanlardan Şeyx Bünyada aid edilmişdi. Ərzə çatdırıldı ki, o, vəfat etmişdir. Onun oğlu Qulaməlinin isə ləyaqət və qabiliyyəti var ki, həmin iş qayda üzrə ona tapşırılsın. Buna görə qərara aldıq ki, toşqan ilin əvvəlindən etibarən onun atasının göstərişi əsasında qeyd olunan asitanənin mütəvəllisi tanısınlar. Oranın dərvişləri və işçiləri onu həmin yerin mütəvəllisi bilərək, sözü və məsləhətindən kənara çıxmasınlar. Buyruqdan boyun qaçırmasınlar və hər hansı adam hasil etdiyini [mütəvəlliyə] verdikdə qəbz alsın. Hər il yeni hökm tələb etməsinlər.

Yazıldı 963-cü ilin məhərrəm ül-həram ayında.