Bilənlər bilər!
Görünüş
Bilənlər bilər! (04.12.2020) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
O şey ki, bizlərə lap aşikardır,
Orda da gizli bir xəzinə vardır... Nizami Gəncəvi |
Bilməyən nə bilsin bilən biləni?
Hər işin sirrini bilənlər bilər.
Müxənnət meydanda niyə sülənir?
Meydan sulamağı igid ər bilər!
Tanrı hər xəbərə özəl kod verib,
Nadan nə tapacaq eşib-çevirib?
Arif mediumla seansa girib,
Tanrısal portaldan bir xəbər bilər.
Qurbağa nə bilir bəhrə dalmağı?
Siçan sanksiyaya salarmı dağı?
Yəcucla məcucu bəndə salmağı
Hər fateh bilməz ki, İskəndər bilər!
Şir kimi meydana girdi ordumuz,
Yağı caynağından çıxdı Yurdumuz!
Ürəklə ulasın indi Qurdumuz –
Qoca dünya onu şiri-nər bilər!
Teymur, yenə coşdu, qaynadı qanım!
Necə vəsf etməyim, necə dayanım?
Gördün, nə toy tutdu BAŞ KOMANDANIM?!
Gözlü kor nə bilsin? Görənlər bilər!!!