Bil sənin

Vikimənbə saytından
Bil sənin
Müəllif: Ağ Aşıq Allahverdi
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.

Gərdən mina, sürah boyun,
Al Osmanda yoxdur tayın,
Tutacağam özüm toyun,
Ay qız, bil sənin, bil sənin.

Camalındı şəmsi-qəmər,
Bahar səndən şəbnəm əmər,
Peşkəşindi qızıl kəmər,
Ay qız, bil sənin, bil sənin.

Ağ Aşığın günü qara,
Ciyər oldu hazar para,
Bir busəndi mənə çara,
Ay qız, bil sənin, bil sənin.