Bilikli olmağın zərərdir sənə
Görünüş
Bilikli olmağın zərərdir sənə Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Bilikli olmağın zərərdir sənə,
Gücsüzlük qüdrətdir, hünərdir sənə.
Biliyin cövhəri biliksizlikdir,
Xaqani, "bilmirəm" sipərdir sənə.