Məzmuna keç

Billəm ki, edər axir ol nərgisi-məstanə

Vikimənbə saytından
Billəm ki, edər axir ol nərgisi-məstanə
Müəllif: Əbülqasim Nəbati

Billəm ki, edər axir ol nərgisi-məstanə
Bu aşiqi şeydanı Məcnun kimi divanə.

Yox hacəti gülgunə, ol arizi gülrəngə,
Bir şanə gərək naçar ol zülfi-pərişanə.

Sən görməmisən axir tərsa qızın, ey kafir,
İmanə gəl, ey zahid, tə’n eyləmə Sən’anə.

Hər nə deyəcəksən de, hər… yiyəcəksən, ye!
Bir gün sənə mən çallam bir zərbəti-xəsmanə.

Dur get, göz önündən it, çox başımı ağrıtma,
Hər yanə gedirsən get, gəlmə dəxi bu yanə!

Qurbanın olum, saqi, səndən nə təğafüldür,
Mən zahidə tuş gəldim, sən dövr elə məstanə!

Məst olmamışam, billah, bu nəş’əni xam etmə,
Tök ver mənə bu meydən bir sağəri-rindanə.

Sən görmə rəva məndən bu suzi-dil əskilsin,
İstərsən əgər qoy-qoy yansın oda pərvanə!

Dur ki, cigərim yandı, məcmər kimi odlandı,
Az qaldı gözüm yaşi versin məni tufanə.

Gər etsə tələb könlün vəsli-ləbi-canani,
Gəl sən də Nəbati tək qoy başını meydanə