Məzmuna keç

Billah, səhərdir, saqiya, doldur bərü cam, içəlüm

Vikimənbə saytından
Billah, səhərdir, saqiya, doldur bərü cam, içəlüm
Müəllif: Həbibi
Mənbə: Həbibi. "Şeirlər" (PDF) (az.). "Şərq-Qərb". 2006. 2017-04-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-16.

Billah, səhərdir, saqiya, doldur bərü cam, içəlüm,
Layəqəlü məst olalım, biz rindü bədnam, içəlüm.

Çün bu siyahkasə cəhan bir dəm bizə verməz aman,
Sun laləgun anı müdam, hər sübhü hər şam içəlüm.

Ey saqiyi-xöcəstə-fal, hər rüzü həftə, mahü sal,
Namusi-cami daşa çal, qoy nəng ilə nam, içəlüm.

Açıldı çün gülşəndə gül, saqi, ələ al cami-mül,
Çünkim bizə qalur degül bu dövrü əyyam, içəlüm.

Müfti, müdərris, şeyx, imam gördüm ki, içərlər müdam,
Biz də1 onlara tabe olub, ey əhli-islam, içəlüm.

Çün hazır oldu dəffü ney, gül-səbzə içrə yarü mey,
Vəqti qənimət anla key, gəl, ey dilaram, içəlüm.

Meydir Məsihün qanı bəs, meydir çü ruhi-sani pəs,
Sən, ey Həbibi, sözü kəs, kim anı madam içəlüm.

Çün rəz qızı gözlərinin yaşı durur mey, bil müdam,
Ey saqiyi-adil, bizə dəgmə, anı tam içəlüm.