Bilmədim (Aşıq Qəhrəman)
Görünüş
Bilmədim Müəllif: Aşıq Qəhrəman |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.45; ISBN 978-9952-571-42-4 |
Gözüm düşdü bir gözəlin qaşma,
İstədi meylimi bilə, bilmədim.
Məhbubluqda yoxdu yar bərabəri,
Hardan düşüb bizim eb, bilmədim.
Darayıb telini gərdənə düzdü,
Ala gözləriynən dostunu süzdü,
Sitəmkar bağrımın başını üzdü,
Çəkdi məni fitnə-fblə,bilmədim.
Üzükdən keçir bax o nazik beli,
Zalım sözlərimə demədi bəli.
Az qaldım dərdindən mən olam dəli,
Axdı gözüm yaşı, silə bilmədim.
Sallana-sallana qarşıdan keçdi,
Neştər qaynaxları canımı deşdi.
Ömrümü hərcayı budadı,biçdi,
Dostun öhdəsindən gələ bilmədim.
Qəhrəman bulmadı bir vəfalı yar,
Bu düşgün halıma güldü ol əğyar.
Bada getdi yara etdiyim ilqar,
Düşdü sirr sözlərim dilə,bilmədim.