Məzmuna keç

Bilmədinmi sən

Vikimənbə saytından
Bilmədinmi sən
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Şəbnişin eyləyib yola düşmüşəm,
Yar, mənim gəldiyim bilmədinmi sən?
Dərdini çəkməkdən dəli olmuşam,
Yar, mənim gəldiyim bilmədinmi sən?

Mən qurbanam sənin kimi canana,
Olmuşam dərdindən dəli-divana,
Dağılsm otağım, ev ilə xana,
Yar, mənim gəldiyim bilmədinmi sən?

Qurbani deyir ki: sonasan, sona,
Bir zaman görməsəm yanaram, yana,
Qarabaş göndərdim əhdə, peymana,
Yar, mənim gəldiyim bilmədinmi sən?