Bilməm, bəlkə də dərd dərmandı, lazımdı mənə

Vikimənbə saytından
Bilməm, bəlkə də dərd dərmandı, lazımdı mənə (1996)
Müəllif: RAUF CAVAD

Bilməm, bəlkə də dərd dərmandı, lazımdı mənə,
Həsrətin qəlbimə fərmandı, lazımdı mənə.

Niyə düşüb aləm sevgi yolunda ölümə?
Ürəyə baxan kim? Loğmandı? Lazımdı mənə!

Bir kəlmə Dilbər sözünə qalıb həsrət canım,
Hər gün fəryad edən zamandı, lazımdı mənə.

Mehmanımdır Nigar, gəlib döyür eşq qapısın,
Sinəyə düşən od, imandı, lazımdı mənə.

Gözlər, gözəlin gəlişinə həsrəti qurban,
Sevgi nazın mütləq limandı, lazımdı mənə.

Ümid verər əlbət bu əda, bu işvə, bu naz,
Yetişməyə hər hal gümandı, lazımdı mənə.

Xəlvət ahı çəkir dəli sevda da ürəydən,
Sevgi qəmdi, dərdi Sultandı, lazımdı mənə.
  
Rauf, aşiqdir o kəs yana hər ləhzə canı,
Canana canım da qurbandı, lazımdı mənə.
           ...Müəllif:Rauf Cavad