Bilməm neçə kərə gəldim dünyaya

Vikimənbə saytından
Bilməm neçə kərə gəldim dünyaya! (1996)
Müəllif: RAUF CAVAD

Bilməm neçə kərə gəldim dünyaya!
Mən qaldı əvarə düşdü sevdaya!

Doldu dərd-qəm içrə biçarə könül,
Oldu dəli könlü Aşiq, Leylaya!

Dilər könül ki, qovuşa yarına,
Çəkə məlhəm yarı, dərin yaraya!

Bu könlün çox varıdır arzuları!
Qalıb həsrət gözü əvvəl-sonraya!

Ayə bir çarə qılın bu xəstəyə!
Düşüb divanə könül tək səhraya!

Yoxmu bir kəs ki, sora hal-əhvalı?!
Mən tək kimsəsizə bəs kim sızlaya?!

Qəribəm, Rəhm eləyin qərib ikən!
Bu Qərib halına bəs kim ağlaya?!

Məgər yoxmu sizlərdə əhdə vəfa?!
Olub zalım, sığınmısız haraya?!

Aldanmayın, zalım mürtəd hökmdara,
Bir gün gələr düşər tufan saraya!

Uymayın, şeytanın pis hiyləsinə,
Azdırar əqli oraya-buraya!

Eşqin yolunda tutub sevda üzün,
İstər Aşiq, ömrün saçın daraya!

Ölüm şirindir yarın qollarında
Çün qovuşar can, Rauf Nurlu aya!
    ...Müəllif:Rauf Cavad