Bilmərəm (Aşıq Abbas Tufarqanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bilmərəm
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Başına döndüyüm pərim,
Get pərim, gələ bilmərəm.
Sənə kömək olsun tanrım,
Get pərim, gələ bilmərəm.

Peymanələr dolmayınca,
Gülkəz rəngim solmayınca,
Şahdan izin olmayınca,
Get pərim, gələ bilmərəm.

Usta ol, ustanı tanı,
Üstümüzdə durub qanı,
Qul Abbasın din, imanı,
Get pərim, gələ bilmərəm.