Bilməzsən (Aşıq Əsəd)
Görünüş
Bilməzsən Müəllif: Əsəd Rzayev |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Kamil bağban bağ becərər, gül əkər,
Sahibi var onun, üzə bilməzsən.
Sınar qol-qanadın, düşərsən yerə,
Tutar səni qəhri-qəza bilməzsən.
Laçın olub səmalarda süzmüşəm,
Şonqarların savaşına dözmüşəm,
Mən qəvvasam dəryalarda üzmüşəm,
Sən qəvvas deyilsən, üzə bilməzsən.
Gözəllər hüsnünə çoxdanam heyran,
Çıxdım şikarına, alagöz tərlan,
Əsədin dərdinə elə sən dərman,
Bağrının başını əzə bilməzsən.