Bilmirəm (Aşıq Bəsti)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bilmirəm Müəllif: Aşıq Bəsti |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Uçubdu könlümün bürcü-barısı,
Neçə bənna ilə hörə bilmirəm.
Ağlamaqdan tor gəlibdi gözümə,
İşıqlı dünyanı görə bilmirəm.
Əyibdi qəddimi çərxi-zamana,
Qiymət qoyan yoxdu yaxşı-yamana,
Gədələr bəy olub girib meydana,
Bəs kim dözər bu dağlara, bilmirəm?!
Əzəl gündən qara gəlib ruzgarım,
Bu qəmü möhnətdən artıb azarım,
Qəlp çıxıb mətahım, yoxdu bazarım,
Bəstiyəm dərdimə çara bilmirəm.