Bilmirəm mən

Vikimənbə saytından
Jump to navigation Jump to search
Bilmirəm mən (5 dekabr 2007)
Müəllif: Araz Yaquboğlu
Mənbə: Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.357

Daha sənin həsrətinə,
Göyçə, dözə bilmirəm mən.
Sədd çəkilib yollarına,
Səndə gəzə bilmirəm mən.

Ayrı düşüb saz mağardan,
Zurna səsi gələr hardan?
O, tər güllü yaylaqlardan,
Çiçək üzə bilmirəm mən.

Araz çəkər həsrətini,
Dilə salar söhbətini.
Yozum sənin həsrətini,
Hansı sözə, bilmirəm mən.

Xarici keçidlər[redaktə]