Məzmuna keç

Bilsin hamı ibadət nədi, qəşəng edir?

Vikimənbə saytından
Bilsin hamı ibadət nədi, qəşəng edir? (1995)
Müəllif: RAUF CAVAD

Kimi uğuru sevir, ümidi dəng edir,
Kimi də uğuru, sevgiyə tay, rəng edir.

Hara baxsan qurulub ümid-uğur bağı,
Gedir ömür sürət qatarı, söz, zəng edir.

Dünya bəzənib min gözəl rəngə, kor görmür,
Aldadır öz qara rəngi, pəzəvəng edir.

Kor görməz ki, gözəli, zülmətə alışıb,
Aldanır nəfsi, qara rəngi əhəng edir.

Yollar əcaib istək çıxıb səyahətə,
Qurulub hər tində hiylə, rəngarəng edir.

Düz seçim etmək bir asan, bəs çətin nədir?!
Əyri baxış, arsız istəyi irəng edir.

Hünər bilir gücünü əqil-düşüncədə,
Lazım qanır xeyri, əməli nəhəng edir.

Düzü-düz anlamağa, əyrini qanmağa,
Görsün gərək diqqət, bilsin necə cəng edir.

Yaxşı əməl zər-zibadı diqqət-hörmətə,
Pisi görən etməz hörmət, yeri təng edir.

Ayıra bilsin yaxşı pisi insan gərək,
Bilsin həqq-ədalət, səbri Teymur ləng edir.

Həqqi düşünən mütləq bilər nədi zəhmət,
Sevən görər düz, xoş əməli zirəng edir.

İtaət edər həqiqətə xalis bəndə,
Etsin ibadət hər kəs, şeytan cəfəng edir!

Eşq qucaqlayır vətəni, əməl can verir,
Toprağı münbit, zəhmətkeş şahpələng edir.

İbadət düzgün əməldi, namaz söhbətdi,
Bilsin hamı ibadət nədi, qəşəng edir?!

Dərk edən xilqəti, görər Rauf nə deyir,
Etsin hamı düz əməli, həqq, ahəng edir.