Bir-bir çək (Aşıq Şenlik)

Vikimənbə saytından
Bir-bir çək
Müəllif: Aşıq Şenlik
Mənbə: Qəşəm Vəliyev (2012). Çıldırlı Aşıq Şenlik (az). Azərnəşr. achiqkitab.az. Yoxlanılıb 2017-02-14.

Bir salatın məni təklif eylədi,
Doldurdu badəni, oğlan, bir-bir çək.
Mən aşığam bir-bir çək,
Bir-bir doldur, bir-bir çək.
Yığ gözəllər karvanını,
Gəl qarşımdan bir-bir çək.
Dedim: ay qız, qəm dağları var məndə,
Dedi: gətir sinəm üstə bir-bir çək.

Mövlam mənə nəsib etdi bir səni,
Bülbül könlüm bir gül istər, bir səni.
Mən aşığam bir səni,
Vəsfim anlar bir səni,
Şəmsdən ziyalı billəm,
Bir qəməri, bir səni.
Min gözələ mən vermərəm bir səni,
İnanmazsan imtahana bir-bir çək.

%75 tamamlandı