Məzmuna keç

Bir-bir çək (Xəstə Hasan)

Vikimənbə saytından
Bir-bir çək
Müəllif: Xəstə Hasan
Mənbə: [1]

 
Məni bir salatın dəvət elədi,
Dedi: oğlan, al badanı bir-bir çək
Aşıq bir-bir çək,
Bir-bir doldur, bir-bir cək.
At zülfün, kəmənd elə
Sal boynuma bir birçək.
Dişləmişəm, ləblərini incidif,
İncidifsə dişlərimi bir-bir çək.

Sin səhərdən oxun atdın bir yerə,
Qalxdı göyə, gəldi endə bir yerə.
Mən aşiq bir yerə,
Dara zülfün bir yerə,
Dəstələyim telini,
Düzüm çin-çin bir yerə.
Hər ikimiz dərdi qoyax bir yerə,
İnanmasan inci gətir bir-bir çək.

Sonam, səni görməyəli yay indi,
Ya büyündü, ya sabahdı, ya indi.
Mən aşiq yay indi,
Ya bir azdan, ya indi,
Hilal qaşın təhrindən,
Usta quruf yay indi.
Bu Xəstənin dilədiyi ya indi
Bir yanaxdı, bir buxaxdı, bir birçək.