Bir-birinə həmdəm iki növcavan
Görünüş
Bir-birinə həmdəm iki növcavan Müəllif: Molla Pənah Vaqif |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Bir-birinə həmdəm iki növcavan,
Biri güldür, biri gülgəz yanaqlı,
Biri tər sinəli, ayna endamlı,
Biri när məməli, nəsrin buxaqlı.
Biri laçın gözlü, tərlan qəmzəli
Biri qırğı başlı, sona cilvəli,
Biri şokker sözlü, şirin kəlməli,
Biri qənd ağızlı, qaymaq dodaqlı.
Biri sərasər ağ, həm siyah telli,
Biri buğdayıdır, amma şəkilli,
Biri xoş qılıq, mələk misilli,
Biri sərv boylu, şümşad budaqlı.
Biri bəstə boylu, nannc örtüklü,
Biri şux baxışlı, xəricərkirpikli,
Biri dar gərdənli, süzgün sümüklü,
Biri uzun qaşlı, həıri gen qabaqlı.
Axır cana yetirərsiz Vaqifi,
Ağlayıban götürərsiz Vaqifi,
Bir gün olur, itirərsiz Vaqifi,
O qədər gəzərsiz əli çıraqlı.