Bir əlifdir məqsədim, əbru hilalı neylərəm

Vikimənbə saytından
Bir əlifdir məqsədim, əbru hilalı neylərəm
Müəllif: Əbülhəsən Vaqif
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Bir əlifdir məqsədim, əbru hilalı neylərəm?
Nöqteyi-tövhidi bildim, xəttü xalı neylərəm?
Padişahi-gənci-fəqrəm, mən cəlalı neylərəm?
Şəmi-şami firqətəm, sübhi-vüsalı neylərəm?
Bulmuşam yanmaqda bir hal, özgə halı neylərəm?

Məsti-camt-vəhdətəm, piri-muğanım rəhnümun,
Badə canım qoymaram əldən yerə, gər olsa xun,
Edə bilməz çərxi-gərdun könlümü zarü zəbun,
Qeyrə ərz et hər nə əsbabın ki, var, ey dəhri-dun,
Mən bir əhli-zövqəm, əsbabi-məlalı neylərəm?

Məndə vardır vəsl üçün hicran ara səbrli səbat,
İstəsə qərq eyləsin dəryayə, ya versin nicat,
Dövləti-ümmidi-vəslə olmaya çünki bərat,
Yox əcəb, gər malə rəğbət, mülkə qılmam iltifat,
Mən gədayi-kuyi-eşqəm, mülkü malı, neylərəm?

Səbit olubdur lövhi-sinəm üzrə, ey dil, şövqi-vəsl,
Gərdənimdə bağlıdır ruzi-əzəldən tövqi-vəsl,
Var əməl könlümdə olsun firqətindən fövqi-vəsl,
Ehtimali hicr təşvişinə dəyməz zövqi-vəsi,
Vəsl kim, var onda hicran ehtimalı, neylərəm?

Kəs həyatın qeydin, ey dil, kim, fənadır hasilim,
Ol fənanı sorsalar, dərdim bəqadır hasilim,
Bu bəqa olmaqda cövr ilə səfadır hasilim,
Nəxli-qəddin istərəm, kandan bəladır hasilim,
Baxmazam şümşadə, bar verməz nihalı neylərəm?

Doldu baği-ömrümə az ömrdə zağü zəğən,
Çox oolub dərdü qəmim, yoxdur onu dəf eyləyən,
Kamil oldun, Vaqifa, bu dərdü qəm çəkməkdə sən,
Ey Füzuli, qıl kəmalı-fəzl kəsbin yoxsa mən,
Kamili-eşqəm, dəxi özgə kəmalı neylərəm?