Məzmuna keç

Bir axşam, ürək çox kövrəldi yaman

Vikimənbə saytından
Bir axşam, ürək çox kövrəldi yaman! (2000)
Müəllif: RAUF CAVAD

Bir axşam, ürək çox kövrəldi yaman!
Döyünüb durdu can, çırpındı aman!

O, dərin fikrə getmişdi gecəni!
Düşmüşdü canın yadına sevəni!
Bəzənmişdi yar, o gecə süsəni!
Unutmurdu can, şirin Xəyaləni!
Bürümüşdü tüm ruhu acı hicran!

Çırpınırdı can, o gecəni ürək!
Olmuşdu ürəyin halı çox kövrək!
İstəyirdi can, yarı etsin kömək!
Qovuşsun istəyinə o dəli tək!
Almışdı ruhun sinəsin həyacan!

Geyindi ər libasın oldu süvar!
Tələm-tələsik keçdi uzun yollar!
Kişnədi yolda mərd düldül atı da!
Gözləyirdi yar yolun, o yarı da!
İstəyir can qovuşsun cana, bir an!

Nəhayət, igid çatdı son mənzilə!
Gördü ki, süslənib yarı Nargilə!
Yaxınlaşdı o gül üzlü Gözələ!
Öpdü gül yanağın, qopdu zəlzələ!
Qovuşdu o iki ürək, iki can!

Aldı yar yanan canı ağuşuna!
Sıxdı bağrına, sarıldı boynuna!
Baxışdılar iki Aşiq, göz-gözə!
Axdı göz yaşı gilə-gilə, sözə!
Yazdı qəmli əsərin, Rauf Zaman!
  ...Müəllif:Rauf Cavad