Bir belə
Görünüş
Bir belə Müəllif: Mirzə Mehdi Şükuhi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Əbəs-əbəs çəkmə zəhmet sevdiyim,
Verme ziynət xəttü xalə bir belə.
O giindən ki, sənə aşiq olmuşam
Yetməmişəm gül camalə bir belə.
Mən, saqican, bu sevdadan doymaram,
Gül üzünə tamaşadan doymaram,
Men bu meydən, bu minadan doymaram,
Nə tutacaq bu piyalə? - bir bele.
Baş qoymuşdum astananm daşına,
Rəhm etmədin gözlerimin yaşma,
Məni səndən ayıranın başına,
Görüm tari bir daş sala, bir belə.
Şer, ile men səni qoymaram, zalım,
Istəsən molladan hökmünü alım,
Sən menim mülkümsən, sən mənim malım,
Var əlimdə bir qəbalə, bir belə.
Meclisi-işrətin xəlvət olanda,
Rəqiblər dağılıb, fursət olanda,
Veslin Şükuhiye qismət olanda,
Ona elə laməhalə, bir bele.