Məzmuna keç

Bir bikəsi-zarəm, vətənimdə vətənim yox

Vikimənbə saytından
Bir bikəsi-zarəm, vətənimdə vətənim yox
Müəllif: Məmo bəy Məmai

Bir bikəsi-zarəm, vətənimdə vətənim yox,

Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!

Mən sahibi-hər məcməi, hər əncumən oldum,

Əfsus, nə bir cəm, nə bir əncumənim yox.

Viranə qalıb "Məhfili-uns"um, dağılıbdır,

Nə yar, nə qəmxar, nə bir həmsuxənim yox.

Bir guşeyi-bağ icrə qalıb bikəsu tənha,

Nə bir soran əhvalımı, nə bir gələnim yox.

Əfsus, bu məxluq hamı kuru kar olmuş,

Nə bir gorənim var, nə bir dilbilənim yox.

Xunabi-ciyər caridi gozdən gecə-gündüz,

Ruxsara axan goz yaşımı bir silənim yox.

Goz ilə qulaqdan cəkərəm zəhməti-bihədd,

Ruhani əziyyətlər ucun tabi-tənim yox.

Bir yanda vətən təhlukəsi canımı almış,

Bir fəhra edənim, anlayanım, dərk edənim yox.

Ərbabi-kəmalat zamanı getdi, Məmai,

Qaldım bu bəla dəştdə, imdad edənim yox.