Məzmuna keç

Bir deyәn

Vikimənbə saytından
Bir deyәn
Müəllif: Mirzə Əli Ləli
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010.


Bir deyәn yoxdur, ey xudavәnda,
Bu bәdәn qurquşundu, ya misdi?
Kürәxanә deyil bizim mәnzil,
Nәyә lazımdı bu qәdәr isti?

Bizim ev Mәkkә, mәn әrәb deyilәm,
Әrәbistan deyil bu, Tiflisdi.
Bu hava xәtti-istivadә gәrәk,
Sakinani-şimalә çox pisdi.

Bunu göndәr ki, özgә bәndәlәrin
Cümlәsi acü urü müflisdi.
Cücülәr doldurub kitab arasın,
Biri molla, biri müdәrrisdi.

Birәvü mığmığavü kor milçәk
Cәm olub, bir qәribә mәclisdi.
Şәhәri qızdırıb, çölü soyudub,
Bilmirәm bu necә mühәndisdi?!