Məzmuna keç

Bir günəş

Vikimənbə saytından
Bir günəş
Müəllif: Xəstə Hasan
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Yetişdi hesablar, doldu mətləbə,
Şükür, üstümüzə çaldı bir günəş.
Çılpaqdı cəsədim, zəifdi atım,
Genə derlər min, dağları bir gün aş.
 
Nə oğuldu, nə uşaqdı, nə bala,
Nə xatadı, nə qəzadı, nə bəla.
Könlüm yoxdu nə şəkərə, nə bala,
İsidərlər, içirərlər bir gün aş.
 
Baxdı siyah taleyim də oldu gün,
Açammazlar bağladığım ol dügün,
Eşitsələr Xəstə Həsən öldügün,
Çağırarlar, gəl məzarı bir gün eş.