Bir gün (Aşıq İdris)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bir gün Müəllif: Aşıq İdris |
Kasıbın başına ələmə odu,
Fələyin badına gələrsən bir gün.
Vallah, belə qalmaz dönər zamana,
Etdiyin-tutduğun bilərsən bir gün.
O yoğun boynuna zəncir salınar,
Yazığın-yuzuğun öcü alınar.
Kəndlərdə adına zurna çalınar,
Xəlvətdə göz yaşın silərsən bir gün.
İdrisin sözləri boşuna deyil,
“Böyüklük” kimsəyə qalmaz yaxşı bil.
Qəza gəlsə səni edər zir-zibil,
Düşər vəzifədən ölərsən bir gün.