Məzmuna keç

Bir gün (Pir Sultan Abdal)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bir gün (Pir Sultan Abdal)
Müəllif: Pir Sultan Abdal
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Gəlin yeyəlim, içəlim
Bu gözəllik keçer bir gün.
Aləm yaran-yaran olmuş
Əlim sirrin açar bir gün.

Yeyib-yedirən bir aləm
Əksik etməz Bari Xudam
Göy əkin misalı adəm
Onu əkər biçər bir gün.

Yeyib yedirmesi xoşdur
Daban qəhbə, üıək daşdır
Can dedikləri bir quşdur
Quş qəfəsden uçar bir gün.

Ağaclarda yaşıl yarpaq
Basdığımız qara torpaq
Yer altında kəfən yırtmaq
Başımızdan keçer bir gün.

Pir Sultanam, döşümüzde
Uzaq deyil qarşımızda
Bayquş məzar daşımızda
Dərdli-dərdli öter bir gün.