Bir gecə
Bir gecə Müəllif: Mirzə Əli Möcüz |
Bir gecә mәnzili-Hüseyn xani
Eylәdux şәmlәrlә nurani.
Gәr mütrüblәr baxa vә görә,
Zülmәti tәbdil eylәyәr nurә,
Qaşları hәmd, gözlәri surә
Zülfi "vәlleyli" sәxt zülmani.
Tar oxur, qәlb istirahәt edәr,
Yar açar qolların, qiyamәt edәr,
Sәhfi-eşqi dәf tәlavәt edәr,
Tazәlәr rәsmi-dinü imani.
Dәhәni tәng, hәlqeyi-mәrcan,
Qәbqәbi iltifah vәl-әrman,
Arizi misli sureyi-rәhman,
Cәlb edәr iştәhayi-insani.
Eylәmişdik әyәrçi biz kәsәmat,
Lakin ol mütrübi-xәcüstә süfat
Nagәhan qoydu baş, qaldux mat,
Tökdü diz üstә zülfi-reyhani.
Gördü bu halı çün Ağabdulla,
Qәlbdәn çәkdi bir müfәssәl ah!
Әl atıb kisәyә, sifidü siyah
Etdi bәzl, razı qaldı canani.
O suvaşdıqca xәlqә misli çiriş,
Hamı eylәrdi Möcüzә qarqış.
Meylü rәqbәtlә olmayan bir iş,
Rәsmdir, hәr zaman çıxar canı.
Bәzilәr qaçdı, leyk mәn qaldım,
Bir qıran borc Hüseyndәn aldım,
Müxtәsәr cürm ilә qurtardım,
Tari hifz eylәsin Hüseyn xani.
Әlqәrәz oldu çün altı saәt,
Xәlq durdu. Vәli mәnә rüxsәt
Vermәdi tarzәn. Dedim: İllәt?
Dedi: Lütf eylә altı tumani.
Xamsәn, Möcüz, olmadın püxtә,
Aldanar daima novamuxtә.
Aldı mәndәn pulu pәdәrsuxtә,
Verdi cananә, çәkdi qәlyanı.
Deyirәm hәr zaman: Ay Әsqәrağa,
Vergilәn pul! Özün çәkir qırağa,
Müxtәsәr, saldılar mәni şuluğa
Güneyin xәlqi-namüsәlmanı.
Vermәseydim o pulu tarzәnә,
Әrz üçün әzm edәrdi Tehranә,
Od vurardı tәmam İranә,
Almasaydi pulun, ağam cani!