Bir işıqlı göydü rəsmi, könül oxşayandı ismi

Vikimənbə saytından
Bir işıqlı göydü rəsmi, könül oxşayandı ismi
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 63

Bir işıqlı göydü rəsmi, könül oxşayandı ismi,
Gül ətirli pak cismi həsanati-ləmyəzəldi.

O, həbibi-kibriyadır, əzəmətli övliyadır,
Kim əgər sanır riyadır, o, zinakar əşqiyadır.

Əmin ol kəramətindən, pay apar şərafətindən,
Nə yazım fəzilətindən, o, fəzilətin özüydü.
O, həqiqətin gözüydü.

Onu lütf edib İlahi ki olub dua silahı,
Gözü od görüb günahı, yolu ruhun intibahı,
O, qəriblərin pənahı,
O, qəriblərin pənahı...