Bir incə (Xəstə Qasım)
Görünüş
Bir incə Müəllif: Xəstə Qasım |
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022. |
Ey sevdiyim, naməhrəmə görünmə,
Çək niqabın, gir laçına bir incə.
Gecə-gündüz həsrətini çəkməkdən,
Dərdim oldu o dağların birincə.
Abı döndü, yaşıl qofta, qara bağ,
Seyr eyləsən çox dağlarda qara bax.
Üç cülyədə məskən salıb Qarabağ,
Biri Xaçın, biri Tərtər, bir İncə.
Xəstə Qasım qulluq eylər damağa,
Qulluq eylə, ta yetəsən damağa.
Ləbin şəhdi ləzzət verər damağa,
Necə röğən16 ləzzət verər birincə.