Bir insanı xilas etmək ən gözəl sevincdir

Vikimənbə saytından
Bir insanı xilas etmək ən gözəl sevincdir! (1994)
Müəllif: RAUF CAVAD

 Bir insanı xilas etmək ən gözəl sevincdir!
Kiçik dünyadan çox qiymətli əməl, sevincdir!
 
Həyatın mənası xeyirxah insan olmaqdır,
Hər canlıya şəfqət nəzərilə xoş baxmaqdır.

Sevgi can verər hisslərə, məhəbbət oyanar,
Haqq-ədalət, insaf-vicdan, insanı oyadar.

Hər bir insan içində gövhər, min gözəllik var,
Gözəllik içində min cür saflıq, özəllik var.

Bəşərin xilası, hünərli mərd əllərdədir,
İnsanlığı düşünən kəs hər zaman dərddədir.

Oyansa əgər insanlıq hər şey düzələndir,
Əyrini də düzəltsən, nəfs, düzə əyiləndir.

Yaxşı yolu, düz seçimi müəllim göstərir!
Hər kəs həyatdan öz bəhrəsini mütləq dərir!

İnsana insan olmağı cəmiyyət öyrədir,
Bəşərə zülm edən kimsə, kimdir yoxsa nədir?!

Yatıbdır insanlıq, gözəllik qəlbdə itibdir,
Sanki ümid bitib, sevgi artıq çox qəribdir.

Zülm artıqca fəlakət çoxalıb gedəcəkdir,
Haqq-ədalət görəsən nə zaman gələcəkdir?!

Düşünsə insan, suala cavab tapacaqdır,
Yaxşını pisdən, qanan insan ayıracaqdır!

Rauf deyir həqiqəti, gör kim qanacaqdır,
Əməl edən, itaət nədir anlayacaqdır!
          ...Müəllif:Rauf Cavad