Bir kəz könül yıxdın isə
Görünüş
Bir kəz könül yıxdın isə Müəllif: Yunus İmrə |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Bir kəz könül yıxdın isə,
Bu qıldığın namaz deyil!
Yetmiş iki millət dəxi
Əlin üzün yumaz deyil!
Xan ərənlər gəldi keçdi,
Ruhu qaldı, canı köçdü,
Pərvaz edib haqqa uçdu,
Hüma quşudur, qaz deyil.
Bir könülü yapdın isə,
Ər ətəyin tutdun isə,
Bir kəz xeyir etdin isə,
Mində bir isə az deyil.
Yol odur ki doğru vara,
Göz odur ki Haqqı görə,
Ər odur alçaqda dura,
Yücədən baxan göz deyil.
Ərdən sana nəzər ola,
İçin dışın pür nur ola,
Beli qurtulmuşdan ola,
Şol kişi kim qammaz deyil.
Yunus bu sözləri çatar,
Sanki balı yağa qatar,
Xalqa matahların satar,
Yükü gövhərdir duz deyil.