Bir qǝtreyi-ǝrǝq ki, yüzündǝn nisar olur

Vikimənbə saytından
Jump to navigation Jump to search
Bir qətreyi-ərəq ki, yüzündən nisar olur
Müəllif: Şah İsmayıl Xətai



Bir qǝtreyi-ǝrǝq ki, yüzündǝn nisar olur.
Sǝhni-zǝmin baharü gülü lalǝzar olur.

Ta şanǝ qıldı zülfini mǝşşateyi-ǝzǝl,
Tabindǝn açılır ki, cahan müşkbar olur.

Rǝna qǝdin, ki, sǝrv sǝhidir müqabili,
Yarǝb, münasibi nǝ sǝbǝbdǝn çinar olur.

Yarın Xǝtai, kuyinǝ can ver, besidqi-dil,
Yarım deyǝn sǝnǝ xaçan ǝğyarǝ yar olur!