Bir rәvayәt söylә, ey dil, çәrxi-kәcrәftardәn

Vikimənbə saytından
Bir rәvayәt söylә, ey dil, çәrxi-kәcrәftardәn
Müəllif: Əbdürrəhman ağa Dilbaz oğlu
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.


Bir rәvayәt söylә, ey dil, çәrxi-kәcrәftardәn,
Ta әbәd ruzi-әzәl bәdmehru bәdkirdardәn,
Çәrxi-zalim, dәhri-dun, sahibxәta, biardәn--
Kim, Yezidin izzәtin gör şahi-dilәfkardәn,
Gör Cavad xan macәrasın möhnәti-mәkkardәn.


Böylәdir dövran, әzәl insanә al eylәr cahan,
Bir zaman xürrәm qılır, bir dәm mәlal eylәr cahan,
Şah ola, istәr gәda, aşüftәhal eylәr cahan,
Aqibәt bir gün gedәr himmәt, halal eylәr cahan,
Naxudanı qәrq edәr ol kәştiyi-pürbardәn.

 
Hәr zaman dövran salıbdır canı canandan cüda,
Adәmi hәvvadan ayrı, baği-rizvandan cüda,
Xatәmi saldı fәlәk cahi-Süleymandan cüda,
Ah kim, düşdü bu gün dövran Cavad xandan cüda,
Әskik olmaz zari-bülbül, söhbәti-gül xardәn.

 

Şahnamә şәrh edәn [yox] ol Cavad xan vәsfini,
Mәdәni-cudü sәxavәt, әdli-divan vәsfini,
Bilmiş Әflatun sәharin әhli-meydan vәsfini,
Hikmәti-Loğmandan artıq dәrdә dәrman vәsfini,
Bir müxәmmәs nәzm ilә inşa qılım әşardәn.

 

Gәncә şәhrindә Cavad xan kim, nә әyyam var idi,
Sahibi-lütfü әdalәt, sadiqül-iqrar idi,
Hәr işin felindә mahir, aqilu huşyar idi,
Müxtәsәr, alәmara pürimtәhan sәrdar idi,
Gör nәlәr çәkdi qәzadәn, dövri-bәdәtvardәn.

 

Düşdü davası әzәldәn ol Şәki, Şirvan ilә,
İbrahim xan ittifaq oldu ol Ümmә xan ilә,
Gәldi lәşkәr üstünә ol cümlә Dağıstan ilә,
Onlar ilә qıldı dava sәrbәsәr meydan ilә,
Çәkmәdi hәrgiz zәrәr bir fitneyi-әğyardәn.

 

Bir dә ondan sonra gәldi valiyi-Baqratyan,
Yığdı Gürcüstan tamamәn lәşkәr ta vadiyan,
Neçә illәr qıldı dava, çәkmәdi ondan ziyan,
Vali köçdü çün fәnadan, etdi tәrk axır cahan,
Gör nә sadir oldu Gurgin xan kimi әğyardәn?!

 

Ol Cavad xan vәsfini necә qәlәm şәrh eylәsin?
Şәrhә sığmaz, vәsfi-halın necә dillәr söylәsin?
Bir belә sәrdarü qazi kim görübdür böylәsin?
Düşdü davası onun kari-qәzadan, neylәsin,
Padşahi-rusi-sahibtac ilәn tumardәn?

 
Çәkdi bir il ol Cavad xan eylәdi cәngü cidal,
Gah sülh etdi arada, gah qıldı rәngi-al,
Gördü kim, olmadı axır, artdı fitnә, qilü qal,
Gәlmәdi imdadә, hәrçәnd eylәdi yüz әrzi-hal,
Fәtәli şah, sahibi-İran olan xunkardәn.

 
Ol Hüseynqulu ağa kim, gәldi xanın yanına,
Layiq idi hәr hünәrlәr şövkәtinә, şanına,
İstәdi qanın qata ol dәmdә xanın qanına,
Qoymadı xan göndәrib, bir qeyri bürc meydanına,
Yәni onun vәhşәtin mәn görmәyim didardәn.

 

Qәlәsin sandı Cavad xan ol zaman viranәdәn,
Çox çalışdı ta ölüncә dәrdinә dәrmanәdәn,
Feyzi-hәqdәn ta yetincә rәhmәti-qüfranәdәn,
Çıxdı ruhu ol bәdәndәn, rövzeyi-rizvanәdәn,
Ey xoşa, buldu şәhadәt vahidül-qәhhardәn.

 

Hәm Hüseynqulu ağa buldu şәhadәt novcәvan,
Xәlq ara bu cümlә möhnәtdәn yaman oldu yaman,
Anası ahlar çәkib, şaxsey deyib eylәr fәğan,
Üz tutub ol bargahә әlvida eylәr aman:
Binәva düşdüm cüda fәrzәndi-gülruxsardәn.

 

Gәncәli xalqı şәhadәt qıldı hәqqa canfәda,
Kimi mәzlum, kimi azadә qalıb әndәrbәla,
Hәr biri bir növ ilә yüz dәrdә oldu mübtәla,
Yadına gәlmәz mәgәr mәzlumi-dәşti-Kәrbәla,
Ey utanmaz çәrxi-zalim Әhmәdi-Muxtardәn?

 

Min iki yüz daxi on sәkkizdә tarixi-zaman--
Kim, şәhid oldu Cavad xan, çıxdı әzdari-cahan,
Çox pәrişan oldu halı Gәncәnin hәddәn yaman,
Gәl yetiş imdadә, ya hәq, Mehdiyi-sahibzәman,
İncimәzmi xatirin bu dәrdü ahü zardәn?!