Bir söz, can de, nə olar gülüm dünyaya
Görünüş
Bir söz, can de, nə olar gülüm dünyaya! (1998) Müəllif: RAUF CAVAD |
Bir söz, can de, nə olar gülüm dünyaya!
Mən varlığımdan vurğunam Nurlu aya.
Baxın, göydə parlaq bir eşq ulduzu var,
Mən, hələ uşaq ikən düşdüm Sevdaya.
Körpədir hələ istəyim, sirdir nəfsim,
Alır-aparır məni susuz Səhraya.
Rənglidir dünyam, nəfsim dəli-divanə,
Götür apar Xəyaləm məni Leylaya.
Ayə-günə bənzər bu sevgili Dilbər,
Dili şirin-şəkər, sözləri ağ maya.
Yarın eşqi sinəmdə dolanıb gəzər,
Reyhan ətri gələr, qan çıxar ox yaya.
Can deyir bu könlü qızılgülüm bəzər,
Açıb Lalə-Nərgiz tazə qönçə saya!
Surətin əks eyləmiş Zöhrə-Mələyə,
Rauf Heyran o Gözələ, o simaya!