Bir söz söylə görüm ey Badi-Səba

Vikimənbə saytından
Bir söz söylə görüm ey Badi-Səba! (1994)
Müəllif: RAUF CAVAD

Bir söz söylə görüm ey Badi-Səba!
Nolub bu şəhərə qalıb xaraba?!

Qopub tufan viranə qalıb ellər!
Düşüb ağ yelkən gəmidən dalğaya!

Yox gəmini idarə edən insan!
Gedir ömrümüz bu hal ilə bada!

O Nicat bir vaxt bir Zaman idi ki,
Gəlib çatdı Nuhun gəmisi dada!

Xilas etdi kim insanların canın?!
Qəbul etdi kim Həqqi, qaldı sona!

Sadədir yaşamaq kim qansa əgər!
Düşünər o kəs ki, yox ömrə vəfa!

Söylə mənə ey can, nədi bu üsyan?!
Kim günahkar bu zülmkar olaylara?!

Nə Zaman anlamasa kim özünü!
Dərk etməz Raufu, gəlməz imana!
    ...Müəllif:Rauf Cavad