Bir səs tutdu tarixin
Jump to navigation
Jump to search
Bir səs tutdu tarixin Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad (2005). Seçilmiş əsərləri (az). Şərq-Qərb. Orijinal mənbədən 2018-09-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-27. |
Bir səs tutdu tarixin
Sirkəli yaxasından.
Baxaraq gözlərinə,
Sordu onun yaşını.
Tarix özü utandı
Kürkündən, çuxasından.
“Fərman sənindir” deyib,
Dikdi yerə başını.
“Sil” dedi əndamından
Yöndəmsiz ləkələri!
Ağır keçmiş, bilirsən,
Ömürün, günün sənin.
Göstər düzgün yolları,
Dolaşıram sərsəri.
Bu ancaq sənin haqqın,
Başına dönüm sənin!