Məzmuna keç

Bir yana (Aşıq Şenlik)

Vikimənbə saytından
Bir yana
Müəllif: Aşıq Şenlik
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022.

Ala gözlüm, məni Məcnun eylədin,
Xumarranıb sərxoş baxma bir yana.
Əzzinəm, bir yana,
Dara zülfün bir yana,
Sən od saldın könlümə,
Qorhuram ki, bir yana.
Əğər bənd olmasam zülfün telinə,
Baş götürrəm bu ölkədən bir yana.

Haqqın əmri ikrarı var bu canda,
Üzər nəfis çarxı müddət bu canda.
Əzizinəm, bu canda,
Bu cəsddə, bu canda,
Məlakül mövt yeksanı,
Qılar mənə bu canda.
Çox çəkmişəm cəbri-cəfa bu canda,
Göz önündən pünhan olma bir yana.

Biçarə Şenliyin gəlmir qərarı,
Sevda damu yanar narı qararı.
Əzizinəm, qərarı,
Qəhir çəkən qərarı.
Sinəm evgah yayladı,
Səfalansam qərarı.
Səbirsiz könlümün gəlmir qərarı,
Kərəm qılıf, gedəm basma bir yana.