Bir yana (Koroğlu)
Görünüş
Bir yana Müəllif: Koroğlu |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Uca-uca dağ başında
Yaz bir yana, qış bir yana.
Titrəşir ağzım içində
Dil bir yana, diş bir yana.
Nə edək, dəlilər, nə edək!
Düşmanın bağrını didək!
Xan Eyvaza kömək edək!
Dörd bir yana, beş bir yana.
Hər nə oldu, mənə oldu,
Qaynadı peymanım doldu,
Gördün ki, düşmən güc gəldi,
Qov bir yana, qaş bir yana.
Koroğlunun yox əlacı,
Misirdən gəlir xəracı.
Çəkəndə Misri qılıncı,
Leş bir yana, baş bir yana!