Bir yar idi ol yar, cahan müştərisiydi

Vikimənbə saytından
Bir yar idi ol yar, cahan müştərisiydi
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 78

Bir yar idi ol yar, cahan müştərisiydi,
Dəryayi-vəcahətdə gözəllik pərisiydi.

Məcnunə xəbər çatdı, bir ox qəlbinə batdı,
Leyli ilə o gün İbn Salamın hərisiydi.

Bir Leylivəşin mərəkeyi-eşqi üzündən,
Bir vaxt adım aşiqlərin ən sərsərisiydi.

Leyla da nə Leyla, özü rəna, gözü şəhla,
Əynindəki don parçaların məxmərisiydi.

Məcnun ərəb idi, yekə başdan xərəb idi,
Son varisi divanələrin azərisiydi.

Cəhd et, Vüqar, ölsən gözü tox get deməsinlər,
Ay dövləti-mal aşiqi, dünya hərisiydi.