Birdi-bir
Görünüş
Birdi-bir Müəllif: Aşıq Alı |
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23. |
Ərşdə xaliq, yerdə züllah, (zühur)
Evdə ata birdi-bir.
Bəzək vuran, qurğu quran
Kainata birdi-bir.
Bu günahı keçməz xaliq,
Haqq səni bağışlamaz,
Ya öldürdün, ya öldürtdün-
Bu cür xəta birdi-bir.
Qüdrət qamət bəxş etmişdi,
Fələk vurdu belimdən.
Leyli-nahar car eylərəm
Nəsihətlər dilimdən.
Tənəli söz bəd yaranıb
Qərəzlidir ölümdən.
Həbib səni gözdən sala,
Ya da ata, birdi-bir.
Alı, səni düymaz nadan,
Sərraf salar yadına.
Zai-pakdan halal olan
Tez yetər muradına.
Əzrail gürzün çalanda
Kimsə yetməz dadına.
Ya bəhri-bar badə verə.
Ya baxt yata, birdi-bir.