Biri mənəm, biri, yarəb, kim ola
Görünüş
Biri mənəm, biri, yarəb, kim ola Müəllif: Mücrüm Kərim |
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005. |
Fələyin əlindən qılan ahu zar,
Biri mənəm, biri, yarəb, kim ola?
Güli-ruxsarına cəkən intizar,
Biri mənəm, biri, yarəb, kim ola?
Ey gözləri cəllad, qaməti mövzun,
Bu qədər bəndəni eyləmə dilxun,
Sərgəşteyi-aləm, halı digərgun,
Biri mənəm, biri, yarəb, kim ola?
Kərimin konlunu eyləmə viran,
Zülümdən usanıb, halına bir yan,
Hicran ələmindən didəsi giryan.
Biri mənəm, biri, yarəb, kim ola?