Biri nə (Aşıq Əsəd)
Görünüş
Biri nə Müəllif: Aşıq Əsəd |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.383; ISBN 978-9952-571-42-4 |
Səhər-səhər üç gözələ tuş oldum,
Eyhamınan salam verdim birinə.
Hər üçü də bir-birindən sevməli,
Biri Badam, biri Püstə, biri nə?
Birisi yamşaqlı, birisi şallı,
Birisi ağ sifət, yanaqlar allı.
Üçü də möcüzə, dilləri ballı.
Bir gül tək oxşayır biri-birinə.
Dedim, belə məxluq görməmişəm mən,
Dedilər, anladıq, vuruldun həmən.
Dedim siz üçlüyə deyirəm əhsən,
Əsəd də aşiqdir üçdən birinə.