Bizə gəlsən

Vikimənbə saytından
Jump to navigation Jump to search
Bizə gəlsən
Müəllif: Molla Cümə
Mənbə: Paşa Əfəndiyev (2017). Molla Cümə (həyatı və yaradıcılığı) (az). "Ləman nəşriyyat poliqrafiya". Yoxlanılıb 2018-08-31.

Dostluğun billəm,
Sən bizə gəlsən.
Dərdindən ölləm,
Sən bizə gəlsən.

Getmə küsərəm,
Yel tək əsərəm.
Qurban kəsərəm,
Sən bizə gəlsən.

Cümə fanaram,
Dəymə, sınaram,
Fikrin qanaram,
Sən bizə gəlsən.