Məzmuna keç

Biz dünyadan gedər olduq, qalanlara səlam olsun

Vikimənbə saytından
Biz dünyadan gedər olduq, qalanlara səlam olsun
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Biz dünyadan gedər olduq, qalanlara səlam olsun,
Bizüm içün xeyir-dua qılanlara səlam olsun.

Əcəl bükə belümüzi, söylətməyə dilümüzi,
Xəstə ikən halumuzi soranlara səlam olsun.

Tənüm ortaya açıla, yaqasız könlək biçilə,
Bizi bir an vechile yuyanlara səlam olsun.

Əzrayil alur canumuz, qurur tamarda qanumuz,
Yuyıcağaz kəfənümüz saranlara səlam olsun.

Gedər olduq dostumuza, iremədiik qəsdümüzə,
Namaz içün üstümüzə turanlara səlam olsun.

Sözdür söyləmir araya, kimsə döyməz bu yaraya,
İltüb bizi məqbərəyə qoyanlara səlam olsun.

Bunda hər gələnlər gedər, hərgiz gəlməz yola gedər,
Bizüm halumuzdan xəbər soranlara səlam olsun.

Aşiq oldur Həqqi sevə, Heqq derdüne qıla dəva,
Bizüm içün xeyir-dua qılanlara səlam olsun.

Aşiq Yunus söylər sözi, qan-yaş ilə toldı gözi,
Bilməyən nə bİlsün bizi, bilənlərə səlam olsun.