Biz həqiqətə gülürük, həqiqət bizə ağlayır
Biz həqiqətə gülürük, həqiqət bizə ağlayır Müəllif: Məhəmməd Hadi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Həqiqəti görürüz biz xəyal şəklində,
Hidayəti oxuruz hər zəlal şəklində.
Süturi-nur ilə məstur ikən kitabi-həyat,
Üyuni-ümmətə çarpar zilal şəklində.
Miləl gözündə mələkçöhrədir bənati-həyat,
Bizə nasıl görünür pirəzal şəklində!..
Bu gülşən içrə çıxar sədhəzar mənbəyi-nur,
Nikahımızda kəsilmiş Iəyal şəklində.
Əlində sağəri-şadi, qolunda huri-əməl,
Məsərrət əhlinə bax infıal şəklində!
Hüzuzbəxşi-üməmdir bu naşvəgahi-sürur,
Kəsildi bizlərə darülməlal şəklində.
Səlibi-şəşəəpaşi-zəfər görəndə derəm:
Zəvali-millət seyr et hilal şəklində.
Zülamü vehşətə məğruq olub da qaldıq, ah.
Şu çöhreyi-mədəniyyətdə xal şəklində.
Süxənvəran oxuyur atəşin təranələri,
Bizi bu bağdə kim qoydu lal şəklində?
Yetişdi, dəydi səmərlər şümusi-hikmətlə,
Bizi “müəllimimiz” qoydu kal şəklində!..
Bax ol “rəisə” ki, minbəmişini-nəxvətdir!
Görür nəvaqisin əmma kəmal şəklində.