Biz səməndər misli nari-eşqə yanmışlardanıq

Vikimənbə saytından
Biz səməndər misli nari-eşqə yanmışlardanıq
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 101

Biz səməndər misli nari-eşqə yanmışlardanıq,
Hökmi-təqdir ilə yanmaqçün yaranmışlardanıq.

Göstərər, ey dil, bizi fərzanələr barmaq ilə,
Aşiqi-divanətək şöhrət qazanmışlardanıq.

Biz həmin ol kəslərik ki, badeyi-irfan içib,
Huşa gəlmiş xabi-qəflətdən oyanmışlardanıq.

Biz əzəl bəzmində nuş eylib bəla peymanəsin,
Ərseyi-eşq içrə al qanə boyanmışlardanıq.

Ey Vüqar, biz bilmərik əsla dəhanın sirrini,
Çox da iman əhliyik, qeybə inanmışlardanıq.