Bizdədir (Aşıq Əliqulu)
Görünüş
Bizdədir Müəllif: Aşıq Əliqulu |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.113; ISBN 978-9952-571-42-4 |
Şükür olsun bir Allaha, adil divan bizdədir,
İlqar, iman, dini-məzhəb, yol-ərkanı bizdədir.
İstəmirəm, o məzhəb dindən çıxa xaric ola,
Məhəmmədə nazil olan ayə, Quran bizdədir.
İncil İsaya gəlibdi, Tövrat Musaya ey dil,
Quran gəldi Məhəmmədə, gəl bir öyrən, bunu bil.
Dörd çeşmədən tonqar çıxdı, həqiqətdən oldu göl,
Girməginən, qərq olarsan, dərya-ümman bizdədir.
Göydən dörd kitab endi, Məhəmmədə Qurandı,
Şükür olsun bir Allaha, o, dardan qurtarandı.
Qəm eyləmə, Əliqulu, ağan Şahi-Mərdandı,
Pənc əla, ali-əba, on iki imam bizdədir.