Bizim adi söhbətimiz

Vikimənbə saytından
Jump to navigation Jump to search
Bizim adi söhbətimiz
Müəllif: Üzeyir Hacıbəyov
Mənbə: Üzeyir Hacıbəyov. Seçilmiş əsərləri. 1985. Bakı. Yazıçı.


(Oxuculardan üzr istəyirəm. Hərçənd söhbətlərimizin elələrini seçmişəm ki, qəzetdə yazmaq olar, amma yenə də üzr istəyirəm)

- Salaməleyküm

- Əleyküməssəlam.

- Məşədi Həsən, mən necə eləyim? Axı o köpək oğlunun balası gəlib çıxmadı.

- Mən nə qayırım, balam. İt oğluna min kərə dedim ki, ədə, tez gəl.

- Gör, sən Allah, saqqallı kişini qoduğun birisi ələ salıbdır.

- Bu sən öləsən, eşşəyin balasına ağzıma gələni demişəm. Donuz balasına söz kar eləmir.

- Hə, indi ki, belə oldu, mən onun... (Daha dalını yazmağa qələm işləməz. Elə bu "nümunə" bəsdir)